Birmanın təzəcə həbsdən azad olunan müxalifət lideri Aung San Suu Kyi noyabrın 15-də ölkədə “qeyri-zorakı inqilaba” çağırıb. O, zəifləmiş müxalifət hərəkatını yenidən gücləndirmək istədiyini bildirib.
Yanqonda partiyasının toplantısında çıxışında xanım Kyu onun da ölkəsində demokratiya qurulacağına inandığını deyib.
Suu Kyu ev dustaqlığından ötən şənbə günü azad edilib. Nobel Sülh Mükafatı laureatı olan Suu Kyi ölkəni nəzarətdə saxlayan hərbi xuntanın hakimiyyətdə olduğu son 21 ilin 15 ilini həbsdə yaşayıb.