Taliban lideri hökumətlə danışıqlar xəbərini təkzib edir

Taliban qrupunun lideri Molla Məhmməd Ömər hökumətlə sülh danışıqları aparmaları barədə məlumatların yalan olduğunu bildirib. O, noyabrın 15-də çıxışında bu barədə xəbərləri “əsassız təbliğat” adlandırıb.

Hazırda Pakistanda gizləndiyi guman edilən Ömərin bu mesajı Qərb ölkələrinin informasiya agentliklərinə də göndərilib.

Bundan əvvəl Əfqanıstan prezidenti Həmid Kartzayinin hökuməti Taliban qrupu ilə sülh danışıqları barədə təkliflə çıxış edib.