Azərbaycan-Polşa görüşü olacaq

Noyabrın 24-də Bakıda Azərbaycan-Polşa hökumətlərarası komissiyasının dördüncü iclası keçiriləcək.

Polşa Baş nazirinin müavini, hökumətlərarası komissiyanın bu ölkə tərəfindən sədri Valdemar Pavlakın rəhbərliyi ilə nümayəndə heyəti iclasda iştirak etmək üçün Azərbaycana gələcək.

İclasda Azərbaycan ilə Polşa arasında əməkdaşlığın müxtəlif sahələrinə dair məsələlər, o cümlədən “Sarmatiya” layihəsinin həyata keçirilməsi müzakirə olunacaq.