Polşada əksər ictimai yerlərdə siqaret çəkilməsini qadağan edən qanun noyabrın 15-dən qüvvəyə minir. Xəstəxanalar, məktəblər, idman klubları kimi yerlərdə siqaret çəkilməsi ümumiyyətlə qadağan edilir. Bundan sonra siqareti yalnız barlarda və klubların xüsusi otaqlarında çəkmək mümkün olacaq.
Qadağanı pozanları isə 174 dollar miqdarında cərimə gözləyir.
Polşanın Səhiyyə Nazirliyi ölkə əhalisinin hər dörd nəfərindən birinin – 10 milyon nəfərə yaxın adamın siqaret çəkdiyini bildirir.
Qadağanı pozanları isə 174 dollar miqdarında cərimə gözləyir.
Polşanın Səhiyyə Nazirliyi ölkə əhalisinin hər dörd nəfərindən birinin – 10 milyon nəfərə yaxın adamın siqaret çəkdiyini bildirir.