Myanmada müxalifət lideri azad edildi

Aun San Su Çji

Noyabrın 13-də Myanma hakimiyyəti müxalifət lideri Aun San Su Çjini 7 illik ev dustaqlığından azad edib.

Nobel mükafatı laureatı olan bu xanım ömrünün son 21 ilinin 15 ilini azadlıqdan məhrumiyyət şəraitində keçirib.

Dissidentin yüzlərlə tərəfdarı onun evinin qarşısına toplaşıb.

1990-cı ildən Myanmanı hərbi xunta idarə edir.

Noyabrın 7-də Myanmada son 20 ildə ilk parlament seçkiləri keçirilib, hakim partiya səslərin 80 faizini toplayıb.