İnkişaf etmiş 20 ölkənin lideri milli valyutanın dəyərini aşağı saxlamaqla rəqabət aparmamaq barədə razılıq əldə ediblər. Seulda keçirilən sammitin yekunda – noyabrın 12-də qəbul edilən birgə bəyannamədə bildirilir ki, milli valyutatının mübadilə kursunun daha çox bazarın tələblərinə yaxınlaşdırılmasına çalışacaqlar.
ABŞ prezidenti Barak Obama sammitin yekununda keçirilən mətbuat konfransında bildirib ki, ədalətsiz ticarət qaydaları və valyuta siyasəti qlobal maliyyə böhranının aradan qaldırılması prosesini ləngidə bilər. Prezident Obama həmçinin liderlərin korrupsiya ilə mübarizə sahəsində də əməkdaşlığa razılaşdıqlarını bildirib.
ABŞ-la Çin arasında valyuta mübahisəsi son aylar bir qədər də qızışıb. Vaşinqton Pekini ittiham edir ki, ölkədən kənara mal satılmasını həvəsləndirmək üçün Çinin milli valyutası olan yuanın kursunu qəsdən aşağı səviyyədə saxlayır. Çin və başqa ölkələr isə ABŞ-ı ittiham edirdilər ki, iqtisadiyyatını dirçəltmək üçün bazara 600 milyard dollar pul buraxır.
Jurnalistlər bu vəziyyəti "valyuta müharibəsi" adlandırırdılar.