Nobel Sülh Mükafatı laureatları nüvə silahlarını tam məhv etməyə çağırıblar

Yaponiyada toplaşan Nobel Sülh Mükafatı laureatları dünya liderlərini hazırda mövcud olan bütün nüvə silahlarını məhv etməyə çağırıblar. Laureatlar noyabrın 12-də Hiroşima şəhərinə toplaşıblar. Bu şəhər İkinci Dünya müharibəsinin son günlərində ABŞ-ın atdığı atom bombası ilə dağıdılmışdı.

Üçgünlük toplantıda Nöbel Sülh Mükafatını almış Tibetin mənəvi lideri Dalay Lama da iştirak edəcək. 2009-cu ildə bu mükafata layiq görülmüş və nüvə silahının azaldılması vədləri ilə çıxış etmiş ABŞ prezidenti Barak Obama tədbirə qatıla bilmir. ABŞ prezidenti Barak Obama, və başqaları iştirak edəcəklər. O, Seulda Böyük 20-lik ölkələrinin sammitində və Yaponiyada Asiya-Sakit Okean olkələrinin toplantısında oldğundan laureantların yığıncağında iştyirak edə bilmir.

Nöbel Sülh Mükafatı laureatı olan SSRİ-nin keçmiş prezidenti Mixail Qorbaçovun də səhhətinə görə bu toplantıya gedə bilməyəcəyi məlum olub.