Partlayışda ölənlər dəfn edilir

Bu gün Pakistanda noyabrın 11-də törədilmiş partlayışda ölənlərin dəfni keçirilir.

Noyabrın 11-də minalanmış maşının polis istintaq idarəsinin ətrafında partladılması nəticəsində bina tamamilə dağılıb. 20 nəfər ölüb, 130 adam yaralanıb. 5 nəfər isə itkin düşüb.

Partlayışa görə məsuliyyəti hələlik heç kim üstünə götürməyib.

Bu cür oxşar partlayışları talibançıların həyata keçirdiyi bildirilir.

16 milyon əhalisi olan Karaçi Pakistanın mühüm iqtisadi şəhərlərindəndir.