Kinoprodüser Dino De Laurentis 91 yaşında vəfat edib

Məşhur kinoprodüser Dino De Laurentis 91 yaşında Los-Ancelesdə vəfat edib.

O, bir çox İtaliya filimləri, xüsusilə də 1957-ci ildə “Oskar” mükafatına layiq görülmüş rejisyor Federiko Fellininin çəkdiyi “Yol” filminin prodüseri olub.

Dino De Laurentis 1960-cı illərin sonlarında İtaliyadan Birləşmiş Ştatlara köçüb.

Karyerası dövründə o, 500-dən çox filmin prodüseri olub.