Prezident İlham Əliyev Yevlaxa gedib

Azərbaycan prezidenti İlham Əliyev noyabrın 10-da Yevlax rayonuna səfər edib.

Prezident səfər zamanı məcburi köçkünlər üçün inşa olunmuş yaşayış məntəqəsinin açılışında iştirak edib.

Yaşayış məntəqəsində 615 ailəlik ev, məktəb və uşaq bağçası inşa olunub.