Bağdadda yerli xristianlara hücum edilib

Bağdadda yerli xristianların evlərinə edilmiş hücumlarda azı 3 adam ölüb, 26 nəfərsə yaralanıb.

Qeyd edək ki, 10 gün bundan əvvəl Bağdaddakı xristian kilsələrindən birində törədilmiş partlayışda 50-dən çox adam ölmüşdü.

Bu hücuma görə cavabdehliyi əl Qaidə ilə əlbir olan qrup üzərinə götürüb.

Hazırda İraqda təxminən yarım milyon xristian yaşayır.