Ayı azadlığa buraxılıb

Şamaxı və daha bir neçə yerdə iaşə obyektlərində qəfəsdə saxlanılan ayılar azad edilib.

Üç nazirlik - Ekologiya və Təbii Sərvətlər, Daxili İşlər və Vergilər Nazirlikləri əməkdaşlarının birgə keçirdikləri reydlər zamanı Şamaxıdakı “Turist” restoranından və Pirşağıdakı “Həyat” istirahət mərkəzində qəfəsdə saxlanılan iki ayını müsadirə ediblər. Heyvanlar nazirliyin Altıağac parkındakı Reabilitasiya mərkəzinə təhvil verilib.

Restoran və istirahət mərkəzlərindən götürülən təkcə ayı olmayıb. Ekologiya və Təbii Sərvətlər nazirliyi mətbuat xidmətinin məlumata görə, Sumqayıt və Bakı şəhərindəki bir neçə iaşə obyektindən 1 qartal, iki canavar, bir dələ və 3 muymul quşunu da müsadirə edilib, Abşeron Milli Parkına buraxılıb.

Heyvanları qeyri-sərbəst şəkildə saxlayanlar isə cərimələniblər.

Nazirlik əhalini belə zövqsüz və heyvanlara işgəncə ilə müşayiət olunan istirahətdən imtina etməyə çağırır.