Kərbəlada partlayış olub, ölənlər var

Bu gün İraqın Kərbəla şəhərində partlayış olub.

Partlayış nəticəsində 7 adam ölüb, 30-u yaralanıb. Ölənlərin arasında iranlı zəvvarlar da var. Kərbəlada komendant saatı elan olunub.

Partlayıcı qurğu avtomobilin içinə yerləşdirilibmiş.