Raket zərbəsi ilə azı 5 yaraqlı öldürülüb

Pakistanın şimalında azı 5 yaraqlı öldürülüb.

Yerli rəsmilərinin məlumatına görə əməliyyatı ABŞ ördusunun pilotsuz təyyarəsi həyata keçirib.

Zərbə Şimali Vəziristanda yerləşən Miran Şah şəhərinin ətrafında 2 hədəfə endirilib.

Bu bölgə Pakistanda əl Qaidə və talibançıların əsas dayaq məntəqəsi hesab olunur.