Pakistanda məscidə partladılıb 50-dən çox adam həlak olub

Pakistanın şimalında məsciddə partlayış olub, azı 50 nəfər ölüb, 80 nəfər də yaralanıb.

Partlayış islamçı yaraqlıların fəal olduğu Darra Adam Xeldə baş verib.

Yerli hökumət rəsmisi Said Xan bildirib ki, hadisə cümə namazı zamanı sünni məscidində olub. Hazırda partlayışda intiharçının iştirak edib-etmədiyi araşdırılır.

Məlumata görə, partlayışın hədəfi Talibana qarşı müqavimətə çağırışlar edən qəbilə ağsaqqalı Malik Vali Xan hədəfdə ola bilərdi. Hələ ki, ağsaqqalın zərərçəkənlər arasında olub-olmadığı məlum deyib.