İndoneziyada vulkan püskürməsindən azı 90 nəfər ölüb

İndoneziyada Merapi vulkanının yenidən püskürməsindən azı 90 nəfər ölüb. France-Presse agentliyi bildirir ki, beləliklə Yava adasında təbii fəlakətdən ölənlərin sayı 90-ı ötüb. Onlarla adam xəsarət alıb.

Vulkan oktyabrın 26-dan fəallaşıb. Bu səhər dağ kəndlərindən birinin üzərində qaz buludu partlayıb.

Evakuasiya zonası növbəti dəfə genişlənib. Bundan əvvəl vulkan ətrafındakı təhlükə zonasından minlərlə adam köçürülüb. Vulkan fəallaşandan sonra kəndlilərin niyə evakuasiya edilmədiyi hələlik məlum deyil.