Xəzərdə təhlükəsizlik sahəsində əməkdaşlığın əsas aspektləri razılaşdırılıb

Bakıda beş Xəzəryanı ölkənin xarici işlər nazirləri müavinlərinin iclasında Xəzərdə təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında saziş layihəsinin əsas aspektləri razılaşdırılıb.

Bundan başqa Xəzəryanı ölkələrin dövlət başçılarının birgə bəyannaməsinin layihəsi müzakirə edilib.

ANS PRESS-in məlumatına görə, bunu brifinqdə Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.

Qeyd edək ki, noyabrın 3 və 4-də Bakıda Xəzəryanı ölkənin xarici işlər nazirləri müavinlərinin iclası keçirilib.

Xəzəryanı ölkələrin dövlət başçılarının görüşü də noyabrın 18-də Bakıda keçiriləcək.