Rusiyada pivə alkoqollu içki sayılacaq

Rusiyanın Dövlət Duması pivənin alkoqollu içkilərlə eyniləşdirilməsi barədə qanun layihəsi qəbul edib.

Beləliklə Rusiyada 5 faizdən çox alkoqolu olan pivənin insanların gur olduğu yerlərdə, köşklərdə, çadır və konteynerlərdə satışı qadağan ediləcək.

Qanun layihəsi qüvvəyə mindikdən sonra pivənin istehsalı və satışına da lisenziya tələb olunacaq.