Çexiya Əfqanıstandakı qüvvələrinin sayını artırır

Çexiya parlamenti Əfqanıstandakı hərbi heyətin sayının artırılmasına səs verib.

Gələn ildən Əfqanıstandakı Çexiya qüvvələrinin sayı 535-dən 720-ə qaldırılacaq.

Parlament eyni zamanda Kosovodakı Çexiya qüvvələrinin mərhələ-mərhələ çıxarılmasına səs verib.