Xorvat jurnalisti öldürənlər 40 il azadlıqdan məhrum edildi

Xorvat jurnalist İvo Pukaniki qətlə yetirməkdə təqsirləndirilən 6 şəxs 15 ildən 40 ilədək azadlıqdan məhrum edilib.

Xorvatiyada nəşr olunan həftəlik siyasi qəzet «Nacional»ın təsisçi və baş redaktoru olan Pukanik və həmkarı Niko Franjic 2008-ci ildə qətlə yetiriliblər. Jurnalistlər maşının altına yerləşdirilən partlayıcının işə düşməsi nəticəsində ölüb.

İvo Pukanik korrupsiya və mütəşəkkil cinayətkarlıqlarla bağlı araşdırmalarına görə tanınırdı.