Yeniyetmə təyyarənin mühərrik bölümündə uçdu

Rusiyada 16 yaşlı bir yeniyetmə gizlincə An – 24 tipli təyyarənin mühərrik bölməsinə gorərək 50 dəqiqə çəkən 300 kilometr məsafəni sağ-salamat uçub. O, dövlət sərhəd xidmətinin məktəbindən qaçıbmış.

Müstəntiqlər yeniyetmənin təyyarəyə çıxmazdan əvvəl yerli dükanlardan birindən də oğurluq etdiyini deyirlər. Əynində o qədər də isti olmayan yüngül geyim olan yeniyetmə yalnız təyyarə yerə enəndə aşkar edilib.