İranın Xarici İşlər naziri Gürcüstana gedir

Gələn həftə İranın Xarici İşlər naziri Manuçöhr Möttəki Tbilisidə ikigünlük səfərdə olacaq. Gürcüstanın Xarici İşlər Nazirliyindən bildiriblər ki, iranlı nazirin noyabrın 10-da başlayacaq səfərində prezident Mixeil Saakaşvili və həmkarı Qriqol Vaşadze ilə görüşü olacaq və iki ölkə vizasız gediş-gəliş haqqında razılaşma imzalayacaq.

Mottaki həmçinin Batumidə İranın konsulluğunun açılışında iştirak edəcək.