Pakistanda 2 polis ölüb, 5-i yaralanıb

Pakistanın şimal-qərbində canlı bombanın özünü partlatması nəticəsində iki polis həlak olub, beşi yaralanıb.

Bundan əvvəl Pabbi şəhərində yaraqlılar NATO qüvvələri üçün yanacaq aparan maşına hücum etmişdi. 3 nəfər yaralanmışdı.