Portuqaliya kəskin iqtisadi tədbirlərə hazırlaşır

Azlıqda olan Portuqaliya hökuməti ilə əsas müxalifət partliyaları ölkənin iqtisadi böhrandan çıxmasına yönəlmiş tədbirlərdə razılığa gəliblər.

Qeyd edək ki, Poruqaliya və digər Avropa Birliyi ölkələri olan Yunanıstan, İrlandiya və İspaniya iqtisadi sabitliyi əngəlləyən borc məsələsini yoluna qoymalıdırlar.

Solmərkəçi hökumətin təklif etdiyi tədbirlərdə gələn il vergilərin artırılması, büdcə xərclərinin isə azaldılması nəzərdə tutulur.