Azərbaycanda saatlar geri çəkildi

Oktyabrın 31-i gecə saat 5.00-da Azərbaycan ərazisində saatlar 1 saat geri çəkilməklə, qış vaxtına keçilib.

Nazirlər Kabinetinin “Azərbaycan ərazisində yay vaxtının tətbiq edilməsi haqqında” 17 mart 1997-ci il qərarına əsasən, hər il mart ayının son bazar günü əqrəblərin bir saat qabağa çəkilməsi ilə yay vaxtına keçilir. Hər il oktyabr ayının son bazar günü isə əqrəblərin bir saat geri çəkilməsi ilə yay vaxtı ləğv edilir.

İlk dəfə saatların əqrəbinin çəkilməsi 101 il bundan əvvələ - 1908-ci ilə təsadüf edir.