Antarktikada baş vermiş qəzada 4 nəfər ölüb

Cümə günü Antarktikada baş vermiş vertolyot qəzasında 4 nəfər ölüb.

Bu barədə şənbə günü Avstraliyanın xilasedici xidməti xəbər verib.

Gəminin göyərtəsindən qalxan Fransa vertolyotu “Dyumon Durvil” stansiyasına gedərkən pis hava şəraitində yoxa çıxıb və SOS siqnalı verib.