Hanoyda ASEAN ölkələrinin sammiti başlanır

Oktyabrın 30-da Vyetnamın paytaxtı Hanoyda Cənub-Şərqi Asiya ölkələri Assosasiyasının sammiti başlanır.

Sammitdə ABŞ dövlət katibi Hillari Klinton və Rusiya prezidenti Dimitri Medvedev də iştirak edəcəklər.

Əsas məqsəd strateji, siyasi və iqtisadi məsələlərdə əməkdaşlıq eləməkdir.

Sammitdən sonra Dimitri Medvedevin Vyetnam rəhbərliyi ilə görüşəcəyi və Rusiyanın iştirakı ilə bu ölkədə ilk atom elektrik stansiyasının tikintisi ilə bağlı müqavilə imzalanacağı gözlənilir.