Azərbaycan ordusunun əsgəri yaralanıb

Oktyabrın 30-da cəbhənin Goranboy rayonu istiqamətində atəşkəsin pozulması nəticəsində Azərbaycan ordusunun əsgəri Rəsul Hacızadə ayağından yaralanıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev deyir ki, yaralı hospitala yerləşdirilib, vəziyyəti kafidir.

R.Hacızadə 2009-cu ilin oktyabrında Ağsu rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılıb. / Turan /