NATO rəsmisi Gürcüstanın alyansa üzv olacağına əmin olduğunu deyir

NATO-nun Hərbi Komitəsinin rəhbəri Giampaolo Di Paola hazırda Gürcüstan ordusunda aparılan islahatları yüksək qiymətləndirdiyini və bu ölkənin gec-tez alyansa üzv olacağına əmin olduğunu deyib.

Oktyabrın 28-də Tbilisiyə ikigünlük səfərə gedən Gürcüstanın müdafiə naziri ilə görüşündə deyib ki, ölkə özünün müdafiə qabiliyyətini gücləndirib.

NATO rəsmisi Gürcüstanda islahatların gücləndirilməsi üçün əməkdaşlığı genişləndirəcəklərini bildirib.