Daha bir Azərbaycan əsgəri ölüb

Ermənistan Silahlı Qüvvələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun daha bir əsgəri ölüb.

Müdafiə nazirliyinin məlumatına görə, oktyabrın 28-də Qazax rayonu istiqamətində atəşkəs pozulub, 1991-ci il təvəllüdlü Mustafayev Telman Elman oğlu hərbi hissədə xidmət keçərkən qarşı tərəfdən açılan atəş nəticəsində həlak olub.

Əsgər Mustafayev 2010-cu ilin yanvarında Salyan Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılıb.