Şərqi Avropa ölkələrində iqtisadi artım gözlənilir

Avropa Yenidənqurma və İnkişaf Bankı Şərqi Avropa ölkələrində iqtisadi artımla bağlı daha nikbin proqnoz verir.

Bankın hesabatında deyilir ki, 2010-cu ildə bu regionda orta hesabla 4,2, 2011-ci ildə isə 4,1 faiz iqtisadi artım olacaq.

Bu göstərici əvvəlki proqnozlardan bir qədər yüksəkdir.

Amma bank böhrandan uğurla çıxan və hazırda böhranda olan ölkələr arasında böyük fərq olduğunu xəbərdarlıq edir.