Azərbaycanla Ukrayna arasında bir sıra sənədlər imzalanıb

Azərbaycan prezidenti İlham Əliyevin Ukraynaya səfəri zamanı tərəflər arasında bir sıra sənədlər imzalanıb.

Bura birgə bəyannamə, Ukrayna-Azərbaycan Prezidentlər Şurasının ikinci iclasının protokolu, Azərbaycan və Ukrayna xarici siyasət idarələri arasında arxiv işinin təşkili sahəsində əməkdaşlıq sazişi daxildir.

Qeyd edək ki, İlham Əliyev Ukraynaya Həştərxandan gedib.
Səfər iki gün çəkəcək.