NATO-nun baş katibi Moskvaya gedəcək

NATO-nun baş katibi Andres Foq Rasmussenin gələn həftə Rusiyaya səfəri gözlənilir.

Bu barədə təşkilatın mətbuat katibi Ceyms Appaturay xəbər verir.

Onun sözlərinə görə, Rasmussenin noyabrın 5-də Rusiya prezidenti Dimitri Medvedevlə görüşündə əsasən Əfqanıstan müharibəsində əməkdaşlığın genişləndirməsi, Əfqanıstandakı NATO qüvvələrinin Rusiya ərazisi vasitəsi ilə təhciz olunması və Moskvanın Əfqanıstan ordusunu hərbi vertolyotlarla təmin eləməsi müzakirə olunacaq.