Birinci instansiya məhkəmələrinə 78 hakim təyin edilib

Oktyabrın 26-da dövlət prezidentin sərəncamı ilə Bakı, Gəncə, Lənkəran və Şəkidə Ağır Cinayətlər üzrə məhkəmələrə 10 hakim, Bakı, Gəncə, Sumqayıt, Şirvan və Şəki İnzibati-İqtisadi məhkəmələrinə 16 hakim təyin edib.
    

Bakının müxtəlif rayon məhkəmələrinə 30 hakim, ölkənin rayon məhkəmələrinə 20 hakim, Naxçıvan Hərbi Məhkəməsinə 2 hakim təyin edilib.