İraq 20 milyon minanın təmizlənməsinə yardım istəyir

Oktyabrın 25-də Bağdad ölkə boyu basdırılmış 20 milyon minanın zərərsizləşdirilməsi üçün beynəlxalq ictimaiyyətdən yardım xahiş edib. Bu xahişi Baş nazir Nuri Əl-Maliki Bağdadda keçirilən konfransda səsləndirib. O bildirib ki, mina basdırılan ərazilərin çoxunun ümudmiyyətlə xəritəsi mövcud deyil, bu da onların tapılması işini çətinləşdirir.

İraq ərazisində hələ 1980-1988-ci illərin İranla müharibəsi, eləcə də 1991-ci ilin Küveyt, 2003-cü ilin beynəlxalq qüvvələrin müdaxiləsi dövrlərindən qalma partlamamış minalar var.

BMT-nin məlumatına görə 1991-ci ildən bu yana İraqda mina partlamasından 8000 nəfər həlak olub, onlardan da 3000 nəfəri uşaqlardır.