Sloveniyada afrikalı şəhər meri seçilib

Şərqi Avropada ilk dəfə Sloveniyada afrikalı şəhər meri seçilib.

54 yaşlı həkim Piter Bosman Qana əsillidir. O bazar günü Piran şəhərinin mer seçkilərində qalib gəlib.

Piter Bosman Sosial-Demokrat Partiyasının nümayəndəsidir. O, artıq 33 ildir Sloveniyada yaşayır. Burda tibb sahəsində təhsil alıb.

Rəsmi rəqəmlərə görə, Sloveniya əhalisinin 12 faizi xaricdə doğulub. Onların çoxu keçmiş Yuqoslaviyadandır.