Fransada yanacaqdoldurma məntəqələrinin 1/4-i biri işləmir

Fransada hər 4 yanacaqdoldurma məntəqəsindən biri işləmir.

Buna səbəb neftayırma müəssisələrində işin dayandırılmasıdır.

Xeyli vaxtdır ki, Fransada pensiya sistemində islahatlara etiraz olaraq tətil və etiraz aksiyaları keçirilir.

Penisyaya görə yaş həddinin 60-dan 62-ə qaldırılmasını nəzərdə tutan qanun layihəsini cümə günü Senat da qəbul edib.

İndi məsələnin parlamentin hər iki platasının müzakirəsinə çıxarılacağı gözlənilir.

Həmkarlar ittifaqları etiraz aksiyalarının davam etdiriləcəyini deyirlər.