Nazarbayevə rəqib yaranır

Qazaxıstanda qeydə alınmamış İrəli partiyasının lideri Vladimir Kozlov 2012-ci ildə keçiriləcək prezident seçkisinə qatılacağını elan edib.

Kozlov deyib ki, indi təkcə 70 yaşlı qoca Nursultan Nazarbayevi deyil, həm də ölkədəki siyasi sistemi dəyişməyin vaxtıdır.

Nazarbayevin yaxın adamlarından olan Yermuhammet Yertlesbaev bildirib ki, o, yeni seçkidə də namizəd olacaq. Nazarbayev 1990-cı ildən Qazaxıstanda hakimiyyət başındadır.