Rəsmi Bakı Azərbaycanın işğal edilmiş ərazilərinə baş çəkmiş ATƏT-in faktaraşdırıcı missiyasının obyektiv və ədalətli hesabat hazırlayacağına ümidlə yanaşır.
Bunu prezident İlham Əliyev bu gün Nazirlər Kabinetinin ilin yanvar-sentyabr aylarının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş geniş iclasında bildirib.
“İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, İlham Əliyev işğal edilmiş ərazilərdə bütün bina və tarixi abidələrin dağıtdığını vurğulayıb.
Qarabağın tarixən Azərbaycan torpağı olduğunu bildirən prezident qeyd edib ki,
Azərbaycan ərazi bütövlüyünün təmin edilməsilə bağlı prinsipial mövqeyindən əl çəkməyəcək.
O, həmçinin bildirib ki, getdikcə Azərbaycanla Ermənistan arasında iqtisadi inkişafın fərqi daha da artacaq və güclü hərbi potensiala malik olan Azərbaycan bu problemi həll edəcək.
Prezident 2011-ci ilin dövlət büdcəsində müdafiə xərclərinə 2,5 mlrd manat ayrılacağını vurğulayıb.