Böyük Britaniya hərbi büdcəsini və ordunu ixtisar edir

Böyük Britaniya büdcə xərclərini azaltmaq məqsədilə hərbi büdcəni qarşıdakı 4 ildə azaltmağa başlayır. Baş nazir Devid Kameronun bu gün élan etdiyi plana əsasən illik 37 milyard funt- 59 milyard dollar səviyyəsində olan hərbi xərcləri ildə 8 faiz azaldılması nəzərdə tutulur.

Bu plana görə 17 min əsgər, 25 min mülki xidmət personalı və bəzi hərbi hava və dəniz birlikləri ixtisar ediləcək.