Rusiyada daşqında ölənlərin sayı 11-ə çatıb

Rusiyanın Krasnodar diyarında baş verən daşqınlarda azı 11 adam ölüb, 3 nəfər isə itkin düşüb.

İnterfaksın məlumatına görə, Tuapsi və Abşeron rayonlarında 20-dən çox yaşayış məntəqəsini su basıb.

Təbii fəlakət zonasından 300-dək sakin köçürülüb.