Dünyanın ən uzun dəmiryolu tunelinin qazılması başa çatır

İsveçrə Alp dağlarında dünyanın ən uzun dəmiryolu tunelinin tikintisini başa çatdırır. 57 kilometr uzunluğunda Gotthard adlanan bu tuneldə oktyabrın 15-də böyük tunelqazan maşın sonuncu 1.5 metri də qazıb qurtarmaqla dağın bir bir tərəfindən o biri tərəfinə keçəcək. İsveçrə telekanlı prosesi canlı yayır.

Amma 15 il əvvəldən tikintisinə başlanmış tunelin hələ 2017-ci ildə istifadəyə veriləcəyi gözlənir.

Tikintidə səkkiz nəfər həlak olub. Yeddi milyard avro dəyərində bu tunelin Avropanın cənubi ilə şimalı arasında hərəkəti sürətləndirməsi, ətraf mühit çirklənməsini azaltması nəzərdə tutulur.