Rusiya-Gürcüstan danışıqları bərpa olunub

Rusiya ilə Gürcüstan danışıqları bərpa ediblər.

Danışıqların 13-cü mərhələsində Gürcüstanın separatçı bölgələri Abxaziya və Cənubi Osetiyanın nümayəndələri də iştirak edirlər.

Danışıqlar Avropa Birliyi, ATƏT və BMT-nin vasitəçiliyi ilə keçirilir.

Qeyd edək ki, Rusiya ğtən il Cənubi Osetiyaya görə Gürcüstan ərazisinə soxulduqdan və Abxaziya ilə Cənubi Osetiyanın müstəqilliyini tanıdıqdan sonra iki ölkə arasında münasibətlər gərginləşib.