Avropa Məhkəməsindən 85 min avroluq tələb…

Avropa İnsan Hüquqları Məhkəməsi

Avropa İnsan Hüquqları Məhkəməsi oktyabrın 14-də Azərbaycana qarşı daha bir iş üzrə qərarını açıqlayıb.

Bu, «Zemfira Səfərovanın Azərbaycana qarşı» adlı işi üzrə açıqlanan qərardır.

Ərizəçi Zemfira Səfərova 2003-cü il iyulun 3-də qanuni qüvvəyə minmiş məhkəmə qərarının icra olunmamasından şikayət edib.

Avropa Məhkəməsi şikayəti araşdıraq ərizəçiyə dəyən maddi ziyana görə 80 min, mənəvi ziyana görə isə 4 800 avro kompensasiya ödənilməsi barədə qərar verib.

Zemfira Səfərova Bakıda ona məxsus olan 350 kvadrat metr yaşayış sahəni 1993-cü ildən bəri Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Bölməsinin zəbt etdiyini bildirib.

2003-cü ilin iyulunda yerli məhkəmə polis bölməsinin bu məkanda yerləşməsi üçün hər hansı qanuni əsasın olmadığı haqda qərar çıxarıb. Lakin qərar icra olunmayıb.