Uqo Çaves Rusiyada səfərdədir

Venesuela prezidenti Uqo Çaves Rusiyaya 2 günlük rəsmi səfərə gəlib.

Onun Rusiya rəhbərliyi ilə aparacağı danışıqlarda energetika, neft-qaz sənayesi, hərbi-texniki və digər sahələrdə əməkdaşlıq məsələsi müzakirə olunacaq.

Səfərin sonunda tərəflər arasında əməkdaşlıq barədə sənəd imzalanacağı gözlənilir.