Hillari Klintonun Balkan regionuna səfəri sona yetib

ABŞ dövlət katibi Hillari Klinton Balkan regionuna 3 günlük səfəri çərçivəsində Kosovoda olub və regiona səfərini başa vurub.

Priştinada onu minlərlə yerli sakin qarşılayıb.

Hillari Klinton ölkə rəhbərliyi və ictimaiyyət nümayəndələri ilə görüşüb.

Dövlət katibi ölkəsinin Kosovonun müstəqilliyini dəstəklədiyini bildirib və Serbiya ilə Kosovonu aralarındakı fikir ayrılıqlarını yoluna qoymağa çağırıb.