Klinton bosniyalıları AB-yə üzvlük üçün birləşməyə çağırır

ABŞ-ın Dövlət Katibi Hillari Klinton Bosniyadakı bütün etnik qrupları ölkənin Avropa Birliyi və NATO-ya üzvlüyü üçün lazım olan siyasi islahatlar üçün səylərini birləşdirməyə çağırıb. Klinton Bosniya paytaxtı Sarayevoda ölkənin xorvat, serb və alban həmprezidentləri ilə görüşəcək. Klintonun səfəri Bosniyadakı parlament seçkilərindən sonraya təsadüf edib. Seçkidə ölkənin bir hissəsində serb milətçiləri və digərində isə müsəlman-xorvat islahatçıları qalib gəliblər.