Obama Qırğızıstan seçkilərini demokratiyanın təzahürü adlandırıb

ABŞ prezidenti Barak Obama Qırğızıstanda keçirilən parlament seçkilərini demokratiyanın təzahürü kimi qiymətləndirib.

Obama bildirib ki, ABŞ demokratiyanın gücləndirilməsi üçün Qırğızıstana yardım etməyə hazırdır.

Qırğızıstanda parlament seçkiləri oktyabrın 10-da keçirilib.