Markesin yeni kitabı çıxır

Oktyabrın 29-da dünya şöhrətli Kolumbiya yazıçısı Qabriel Qarsiya Markesin yeni kitabı çıxır.

Həmin gün İspaniya və Latın Amerikasında satışa çıxarılacaq kitabda Markesin nitqləri toplanıb.

"Yo no vengo a decir un discurso" ("Mən bura nitq söyləmək üçün gəlməmişəm") adlanan kitabda yer alan 22 nitqin bir çoxu əvvəllər çap edilməyib.

Markes həyatı boyu kütləvi tədbirlərdə nitq söyləməkdən mümkün qədər yayınmağa çalışıb.

Nitqlər əsasən nüvə təhlükəsi, ekoloji fəlakətlər, Latın Amerikasında təhsilin vəziyyəti və s. mövzulara aiddir.

Markesin sonuncu kitabı 2004-cü ildə çap edilən “Mənim kədərli fahişələrim” romanı olub.