İranın müdafiə naziri Azərbaycandadır

İranın müdafiə naziri Əhməd Vahidi bu gün Azərbaycana gəlib. Ə. Vahidi hava limanında jurnalistlərə açıqlamasında səfər zamanı Azərbaycanla İran arasında ikitərəfli münasibətlərin, regionda sülh və sabitlik məsələlərinin müzakirə olunacağını bildirib: “Ümid edirəm ki, Bakıda keçirəcəyimiz görüşlər ölkələrimiz və region üçün səmərəli olacaq. Görüşlərdə, əsasən iki ölkənin hərbi potensiallarını müzakirə edib, araşdıracağıq”- deyə, Iranin müdafiə naziri bildirib.

Vahidi onu da deyib ki, “bizim Azərbaycanla hərbi sahədə ikitərəfli əlaqələrin genişlənməsi barədə əvvəl də müəyyən razılaşmalarımız olub. Bu səfər zamanı isə bu əlaqələrin genişlənməsi, əməkdaşlığın yüksək həddə çatdırılması məsələlərini müzakirə edəcəyik. Yeni sənədlər də imzalana bilər”.

Ə. Vahidi Xəzər dənizinin təhlükəsizliyi və sabitliyi məsələlərinin də müzakirə olunacağını deyib.